AZ

Biləsuvarda mikroavtobusla avtomobil toqquşdu: 12 yaralı – VİDEO 

Biləsuvarda ağır yol qəzası baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təsərrüfat sahəsindən fəhlə daşıyan mikroavtobus “Opel" markalı nəqliyyat vasitəsi ilə toqquşub. 

Nəticədə mikroavtobusda olan fəhlələrdən 12-si müxtəlif xəsarətlər alıblar. Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


Sabutay, Bizim Media, Cənub büros

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
7
bizim.media

5Mənbələr