RU

Yasamalda ağacların kəsilməsinə - Rəsmi reaksiya

Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı görüntülər yayılıb.Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən verilən məlumata görə, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.Vətəndaşların Yasamal rayon İcra Hakimiyyətinə müraciəti və Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi əsasında burada  3 ədəd ağac (2 şam və 1 sərv) götürülüb və kəsilən ağacların yerində 6 ədəd yeni ağacın əkilməsi istiqamətində işlər görülür.Ətrafdakı digər ağacların quru budaqları da budanacaq, onlara aqrotexniki qulluq göstəriləcək.O da bildirilib ki, məsələnin araşdırılması ilə bağlı Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Избранный
119
9
baku.news

10Источники