AZ

Bakıda ağacların kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumata REAKSİYA - FOTOLAR

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə mətbuatda yayılan məlumatla bağlı açıqlama yayıb.

Yenisabah.az xəbər verir ki, açıqlamada qeyd olunub ki, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.

Vətəndaşların Yasamal rayon İcra Hakimiyyətinə müraciəti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəyi əsasında burada 3 ədəd ağac (2 şam və 1 sərv) götürülüb və kəsilən ağacların yerində 6 ədəd yeni ağacın əkilməsi istiqamətində işlər görülür.

Ətrafdakı digər ağacların quru budaqlar da budanacaq, onlara aqrotexniki qulluq göstəriləcəkdir.


Telegram kanalımız
Seçilən
131
3
yenisabah.az

10Mənbələr