AZ

Yasamalda kəsilən ağacların yerində yeniləri əkiləcək - FOTO

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumata aydınlıq gətirib.

Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya bildiriblər ki, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.

Vətəndaşların Yasamal Rayon İcra Hakimiyyətinə müraciəti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəyi əsasında burada 3 ədəd ağac (2 şam və 1 sərv) götürülüb və kəsilən ağacların yerində 6 yeni ağacın əkilməsi istiqamətində işlər görülür.
Ətrafdakı digər ağacların quru budaqları da budanacaq, onlara aqrotexniki qulluq göstəriləcək.

Məsələnin araşdırılması ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.




Bizim.Media

Seçilən
125
3
bizim.media

10Mənbələr