AZ

Bakıda yeni ağaclar əkilir - FOTO

Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumatla bağlı bildiririk ki, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.

Day.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin məlumatında deyilir.

"Vətəndaşların Yasamal rayon İcra Hakimiyyətinə müraciəti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəyi əsasında burada 3 ədəd ağac (2 şam və 1 sərv) götürülüb və kəsilən ağacların yerində 6 ədəd yeni ağacın əkilməsi istiqamətində işlər görülür.

Ətrafdakı digər ağacların quru budaqlar da budanacaq, onlara aqrotexniki qulluq göstəriləcəkdir", - deyə birlikdə bildiriblər.

  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
Seçilən
110
3
day.az

10Mənbələr