RU

Rusiyanın 1,5 milyard avrosu Ukraynaya verilir

Avropa Komissiyası iyulda Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,5 milyard avro vəsaiti Kiyevə vermək niyyətindədir.

Bu məbləğin 90%-nin silaha xərclənəcəyi gözlənilir.

“Cebhe.info” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

“Artıq iyul ayında Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən ilk 1,5 milyard avro Ukraynaya veriləcək. Bu vəsaitin  90%-i silahlara yönəldiləcək”, -deyə o qeyd edib.

Bundan əvvəl fon der Leyen Avropa Parlamentində Ukraynanı dəstəkləyənlərlə işləmək niyyətində olduğunu bildirmişdi.

O, həmçinin əmindir ki, AP-də yeni çoxluq “Avropapərəst və Ukraynayönlü” olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
121
9
cebheinfo.az

9Источники