Böyük Kilikiya Evinin katolikosu I Aram Roma Papası Fransisk ilə görüşəcək.
Modern.az xəbər verir ki, məlumatı katolikosluğun mətbuat xidməti yayıb.
Qeyd olunur ki, I Aram iyunun 11-də Vatikana bir günlük səfərə yola düşəcək.
Roma Papası ilə görüşdən sonra Vatikanın xarici işlər naziri, kilsələrarası əlaqələr şöbəsinin rəhbəri və Şərqi katolik kilsələri departamentinin rəhbəri ilə görüş də planlaşdırılır.