Gəncədə yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin çıxışında qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.