Odlu silahla iş yoldaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub. Moderator.az bildirir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub. *** Gəncədə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının mübahisəsi qanla bitib. "Unikal"ın məlumatına görə, mübahisə zamanı onlardan biri digərini odlu silahla güllələyib. 1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Qeyd edək ki, hadisə həmin şəxslərin VAZ-2106 markalı avtomobillə hərəkətdə olan zaman baş verib. Güllələnərək öldürülən şəxs sükan arxasında olub. Hadisədən sonra avtomobil aşıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta