AZ

Gəncədə iş yoldaşını sükan arxasında güllələməkdə şübhəli bilinən şəxs tutuldu - FOTO

Gəncədə “VAZ-2106” markalı minik avtomobilinin sürücüsünün güllələnməsi nəticəsində maşın aşıb.

“Report”un məlumatına görə, hadisə günorta saatlarında şəhərin çıxışında qeydə alınıb.

Korrespondent.az bildirir ki, artıq hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, iyunun 10-da, saat 15 radələrində bir nəfərin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə Şəhər Prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı, 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
22
korrespondent.az

10Mənbələr