Axşamdan əsməyə başlayan güclü külək və yağış Göyçay rayonunda bir sıra fəsadlar törədib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, güclü küləyə tab gətirməyən şam ağacları rayonun M.Ə.Rəsulzadə küçəsində yerləşən fərdi yaşayış evinin üzərinə aşıb.
Baş vermiş hadisənin aradan qaldırılması məqsədilə əraziyə aidiyyatı qurumların canlı qüvvəsi və texnikası cəlb olunub.
Aşmış ağaclar hissələrə doğranaraq ərazidən götürülüb.
Qeyd edək ki, güclü külək nəticəsində rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində də fasilələr yaranıb.
Bizim.Media, Aran bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта