Meşəlik ərazilərdə fosforlu sursatların və reaktiv yaylım atəşi sistemlərinin istifadəsi Livan-İsrail sərhədinin hər iki tərəfində yanğınlara səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə “Əl Mayadeen” telekanalının verdiyi məlumatda deyilir.
Livanın cənubunun qərb sektorunda Alma əş-Şaab və Əl-Duheyra kəndləri yaxınlığında yanğınlar qeydə alınıb.
Hadisə yerinə gələn yanğınsöndürmə qrupları İsrail tərəfdən atəşin davam etməsi səbəbindən yanğına müdaxilə edə bilmirlər.
Qərbi Qalileydə yanğın “Burkan” raketi və iki kamikadzenin PUA-sının qeyri-yaşayış ərazisinə düşməsi nəticəsində qeydə alınıb.