AZ

“Hizbullah” vurdu, İsrail şəhərlərində yanğın başladı

Livandan atılan mərmilər və pilotsuz təyyarələrin hücumları nəticəsində İsrailin şimalında yanğınlar başlayıb.

“Ynet” və “The Times of Israel” xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) yanğınları söndürərkən ehtiyatda olan 6 əsgər yaralanıb. Yanğınsöndürmə və Xilasetmə Xidmətinin verdiyi məlumata görə, Kiryat Şmona və Kibbutz Kfar Giladi şəhərlərində bir neçə ev yanıb.

Bundan başqa, Livanla həmsərhəd Qaliley bölgəsində də yanğınlar qeydə alınıb. Ümumilikdə yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. “Hazırda SAXAL maddi-texniki Təminat Komandanlığının yanğınsöndürən batalyonu hadisə yerindədir, yanğınsöndürənlərə və xilasedicilərə köməklik göstərir.

Biz yanğınları nəzarət altına ala bildik və indiki mərhələdə insanların həyatı üçün təhlükə yoxdur”, – deyə İsrail ordusunun mətbuat xidməti bildirib. Altı ehtiyatda olan hərbçi yanğınları söndürərkən yaralanıb. Onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Onlara tibbi yardım göstərilmək üçün xəstəxanaya aparılıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
19
editor.az

10Mənbələr