AZ

İsrailin şimalında “Hizbullah”ın hücumlarından sonra yanğın başlayıb

Livandan buraxılan mərmilər və dronların hücumları nəticəsində İsrailin şimalında yanğınlar başlayıb. Yanğını söndürərkən İsrail Müdafiə Qüvvələrinin (İMQ) ehtiyatda olan altı əsgəri zərər çəkib.

Bu barədə “Report” “Ynet”“The Times of Israel”, habelə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir.

Ölkənin Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib ki, Kiryat Şmona şəhərində və Kfar-Giladi kibutsunda bir neçə ev yanıb. Bundan başqa, Livanla həmsərhəd Qalileya bölgəsində də alovlanma ocaqları qeydə alınıb. Ümumilikdə yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.

“Hazırda İMQ Maddi-texniki Təminat Komandanlığının yanğınsöndürən taboru hadisə yerindədir, yanğınsöndürənlərə və xilasedicilərə köməklik göstərir. Biz yanğınları nəzarət altına ala bildik və indiki mərhələdə insanların həyatı üçün təhlükə yoxdur”, – İsrail ordusunun mətbuat xidməti açıqlayıb.

İMQ-in bildirdiyinə görə, ehtiyatda olan altı hərbçi yanğınları söndürərkən zərər çəkib. Onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Onların hamısına tibbi yardım göstərilmək üçün xəstəxanaya aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
19
report.az

10Mənbələr