AZ

İsrail-Livan sərhədində meşə yanğını başladı

Meşəlik ərazilərdə fosforlu sursatların və reaktiv yaylım atəşi sistemlərinin istifadəsi Livan-İsrail sərhədinin hər iki tərəfində yanğınlara səbəb olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl Mayadin" telekanalının verdiyi məlumatda deyilir.

Livanın cənubunun qərb sektorunda Alma əş-Şaab və Əl-Duheyra kəndləri yaxınlığında yanğınlar qeydə alınıb.

Hadisə yerinə gələn yanğınsöndürmə qrupları İsrail tərəfdən atəşin davam etməsi səbəbindən yanğına müdaxilə edə bilmirlər.

Qərbi Qalileydə yanğın "Burkan" raketi və iki dron-kamikadzenin qeyri-yaşayış ərazisinə düşməsi nəticəsində qeydə alınıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
19
milli.az

10Mənbələr