RU

Mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – FOTOLAR

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az “Report”a istinadla xəbər verir ki, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
65
18
medianews.az

10Источники