AZ

HadisəŞəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Şəkidə yol qəzasında xəsarət alanların kimiliyi məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Aşağı Göynük kəndində "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində Salmanova Sənubər (1977-ci il təvəllüdlü), Salmanov Əfqan (1998-ci il), Salmanova Gülnar (2000-ci il), İsmayılov İsmayıl (1985-ci il) xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

13:53

Şəkidə yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
4
far.az

10Mənbələr