AZ

Şəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Şəkidə yol qəzasında xəsarət alanların kimiliyi məlum olub.

İnterpress.az bildirir ki, Aşağı Göynük kəndində “Mercedes Vito” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində Salmanova Sənubər (1977-ci il təvəllüdlü), Salmanov Əfqan (1998-ci il), Salmanova Gülnar (2000-ci il), İsmayılov İsmayıl (1985-ci il) xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır./Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
4
interpress.az

10Mənbələr