AZ

Şəkidə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO

Şəkidə yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Baş Göynük avtomobil yolunun Aşağı Göynük kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobusla "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləsdiriliblər.

Məlumata görə, qəzaya mikroavtobusun qarşısına inəyin çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
4
azpolitika.info

10Mənbələr