RU

Lukaşenko hədələndi: Əgər bu ölkəyə gəlsə...

Monqolustanın keçmiş prezidenti və baş naziri Tsaxiagin Elbeqdorj Belarus prezidenti Aleksandr Lukaşenkonun gözlənilən səfəri ilə bağlı açıqlama verib və Belarus liderini açıq şəkildə “Ulan-Batorda həbslə hədələdiyini” bildirib.

OXU24.COM  bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onun sözlərinə görə, Lukaşenkonun Monqolustana səfəri “Kreml layihəsini təşviq etmək və Ulan-Batoru Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv etmək cəhdləri” ilə bağlıdır. Həmçinin bildirib ki, Monqolustan hökumətinin hazırkı rəhbəri Luvsannamsray Oyun-Erdeneni “ümidsizlikdə” ittiham edib.

Elbeqdorj Monqolustanın Roma Nizamnaməsinə üzv olduğunu və bu ölkənin Beynəlxalq Cinayət Məhkəməsində təmsilçi hakiminin olduğunu xatırladıb.

“Lukaşenko Ulan-Batorda həbs olunmaqla hədələnir. hazır olun” deyən siyasətçi Monqolustanın “beynəlxalq ictimaiyyət qarşısında öz hüquqi öhdəliklərini yerinə yetirəcəyinə” ümid etdiyini bildirib.

Избранный
212
20
oxu24.com

10Источники