ABŞ və Böyük Britaniyanın Yəmənin Hodeyda şəhərindəki radiostansiya binasına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 14-ə çatıb, 30-dan çox şəxs yaralanıb.Elchi.az xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.Mayın 31-i səhər saatlarında ABŞ və Britaniya husilərin Yəməndəki obyektlərinə zərbələr endirib. Məlumata görə, zərbələrdən biri El-Hok bölgəsində yerləşən radiostansiyaya endirilib. İlkin məlumata görə, 2 nəfər ölüb, 10 nəfər yaralanıb.Havar Şəfiyeva
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта