AZ

ABŞ və Böyük Britaniya Yəmənə hücum etdi: Mülki vətəndaşlar həlak oldu

Yəməndəki husilər ABŞ və İngiltərənin Hudeydada həyata keçirdikləri hücumda 16 mülki şəxsin həlak olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Yəməndəki husilər ABŞ və İngiltərənin sahilyanı Hudeyda şəhərinə endirdiyi hava zərbələri nəticəsində 16 mülki şəxsin həlak olduğunu, 35 mülki vətəndaşın isə yaralandığını bildirib.

Mövzu ilə bağlı İranın dəstəklədiyi husilərə bağlı Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib. Açıqlamada “ABŞ və İngiltərənin Hudeydə şəhərinə cümə axşamından cümə gününə keçən gecə həyata keçirdiyi hava hücumları nəticəsində 16 mülki vətəndaşın həyatını itirdiyi, 35 mülki vətəndaşın isə yaralandığı” bildirilib.

ABŞ və Böyük Britaniya hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Bu səhər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X hesabında edilən açıqlamada, ABŞ və İngiltərə hava qüvvələrinin husilərin nəzarətində olan bölgələrdə 13 hədəfi məhv etdiyi bildirilib.

Husilərin sözçüsü Məhəmməd Əbdüsselam bununla bağlı açıqlama verib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
23
turkustan.az

10Mənbələr