AZ

Yəməndə radiostansiya binasının vurulması nəticəsində 14 nəfər ölüb

Yəməndə

Bakı, 31 may, AZƏRTAC

ABŞ və Böyük Britaniyanın Yəmənin Hudeyda şəhərindəki radiostansiya binasına endirdiyi raket zərbəsi nəticəsində 14 nəfər həlak olub, 30-dan çox insan isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə husilərə məxsus Al Masirah telekanalı məlumat yayıb.

Mayın 31-nə keçən gecə ABŞ və Böyük Britaniya aviasiyası Yəməndə husilərin hədəflərinə hücum edib. Raketlərdən biri Əl-Hok bölgəsində yerləşən radiostansiya binasına düşüb. Ölənlər və yaralananlar binanı qoruyan təhlükəsizlik işçiləri və bir neçə mülki şəxs, o cümlədən radiostansiyada işləyən jurnalistlər olub.

Ümumilikdə isə ABŞ və Böyük Britaniya təyyarələri ötən gecə husilərin Səna şəhəri və Taiz əyalətindəki hədəflərinə 13 zərbə endirib.

Qeyd edək ki, İsrail Qəzza sektoruna hücuma başlayandan sonra Yəməndəki husi üsyançıları yəhudi dövləti ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsini əngəlləyir, onlara hücum edirlər. ABŞ buna cavab olaraq, gəmilərin naviqasiya təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizdə “Prosperity Guardian” əməliyyatına başlayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
23
azertag.az

10Mənbələr