RU

Rusiyanın strateji radiolokasiya stansiyası bombardman edilib

Moskva və Kiyev susur, Roqozin Ukrayna Silahlı Qüvvələrini və Vaşinqtonu ittiham edir...
 
"Düşmənin bu cür hərəkətlərinə son qoyulmasa, nüvə dövlətlərinin strateji təhlükəsizliyinin çöküşü başlayacaq..."
 
Ukrayna Silahlı Qüvvələri o cümlədən nüvə döyüş hissəsi olan raket buraxılışının erkən xəbərdar edilməsi üçün nəzərdə tutulan uzaq mənzilli "Voronej -DM" radiolokasiya stansiyasına zərbə endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə hərbi mövzuları işıqlandıran "The War Zone" ixtisaslaşdırılmış saytda dərc edilən məqalədə məlumat verilir. Məlumatı "rtvi.com" nəşri yayıb.
 
Nəşr Krasnodar diyarının Armavir şəhəri yaxınlığında yerləşən obyektin peyk şəkilləri və yaxın məsafədən çəkilən fotoşəkillərini əldə edib.
 
Bu şəkillərdə görünüşcə "Voronej-DM" stansiyasının anten qurğularnı xatırladan binalarda ciddi zədələnmələr görünür. 
 
Peyk şəkillərində bu tikililər ətrafında çoxsaylı qırıntılar, fotoşəkillərdə binaların zahiri divarlarında deşiklər görünür.
 
Saytın mütəxəssisləri qeydə alınan zədələnmələri ciddi sayıb. Belə radar texnikası çox həssasdır, hətta xırda zədələnmə uzun müddət ərzində onun işlək qabiliyyətində olmamasına gətirib çıxara bilər.
 
Ukrayna hakimiyyəti bu insidentə görə məsuliyyəti üzərinə götürməyə tələsmir. Hələlik Kremldən də hər hansı şərhlər yoxdur. 
 
Lakin Rusiya tərəfindən zəbt edilən Zaporojye vilayətinin senatoru Dmitri Roqozin erkən xəbərdaredici radara zərbə endirilməsini təsdiq edib.
 
O, bu hücumda ABŞ -ı ittiham edib. Özünün Telegram-kanalında yazıb ki, "Vaşinqton məsuliyyətsiz quldur tutaraq bu cinayətin sifarişçisidir".
 
"Beləliklə, biz nəinki astanada, artıq son həddəyik, bundan sonra düşmənin belə hərəkətlərini dayandırmasaq, nüvə dövlətlərinin strateji təhlükəsizliyinin geriyədönməz çöküşü başlayacaq", - Roqozin deyib.
 
"Voronej-DM" stansiyası 6 min km məsafədə və 8 min km hündürlükdə ballistik raket buraxılışını aşkar etmək qabiliyyətinə malikdir.
 
"Rusiya Federasiyasının nüvə çəkindirməsi sahəsində dövlət siyasətinin Əsasları" qanununa uyğun olaraq bu obyektə hücum cavab nüvə zərbəsinə gətirib çıxara bilər.
 
"Rusiya Federasiyası tərəfindən nüvə silahının tətbiq edilməsinin şərtləri bunlardır: düşmənin Rusiyanın kritik mühüm dövlət obyektlərinə təsir göstərməsi.
 
Bu obyektlərin sıradan çıxarılması nüvə qüvvələrinin cavab tədbirlərinin pozulmasına gətirib çıxaracaq", - Rusiya prezidentinin 2020-ci ilin iyununda imzaladığı fərmanda deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
123
50
moderator.az

10Источники