AZ

Dünyanın ən hündür itidir, lakin hər şeydən qorxur - FOTOLAR

Üç yaşlı Kevin rəsmi olaraq Ginnesin Rekordlar Kitabına görə dünyanın ən hündür iti kimi tanınır. Onun boyu 96 sm-dir.

 

Sfera.az bildirir ki, Wolfe ailəsi əvvəlki itlərinin ölümündən sonra başqa bir Danimarka cinsi almağı planlaşdırmayıb. Lakin bir gün bir dostları onlara yeni doğulmuş balalar verəcəyini dedikdə, onlar buna qarşı çıxmayıb.

 

Sahibi itin çox tez böyüdüyünü və bütün ailə üzvlərinin onun rekordçu olacağına əmin olduğunu deyir.

 

Kevinə bu ad “Evdə tək” Milad komediyasının baş qəhrəmanının şərəfinə verilib.

 

"Əslində, Kevin, zərif bir nəhəngdir - çox şeydən qorxur, xüsusən də tozsoran ona yaxınlaşanda, yerindən sıçrayıb qaçır "- deyə sahibi Treysi bildirir.

 

Kevin indi daha üç it və dörd pişik, həmçinin toyuq, keçi və atlar ilə birlikdə böyük bir sürüdə yaşayır.

 

Bəzən heyrətamiz ölçüsünə görə digər balaları əsəbiləşdirsə də, Kevin onlarla şirin və mülayim olmağa çalışır, hətta onlar boyda olmaq üçün əyilir.

 

“Bütün ailə Kevinə pərəstiş edir, lakin 12 yaşlı İskəndərin onunla xüsusilə güclü bağı var” - Treysi deyir.

 


"Onlar əvvəl gündən dost oldular. Çox vaxt axşamları divanda birlikdə yatırlar"- deyə ana gülür.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
sfera.az

10Mənbələr