AZ

"Bu, müstəqilliyimizin 33 ili ərzində Amerika ilə bağladığımız ən güclü sazişdir" - Zelenski

 
"Ukrayna anlayır ki, müharibə zamanı NATO-nun üzvü ola bilməyəcək, lakin Alyansa aparan yolda bizə hüquqi cəhətdən təhlükəsizlik zəmanətləri lazımdır..."
 
İyunun 13-də Ukrayna ABŞ və Yaponiya ilə təhlükəsizlik barədə iki beynəlxalq müqavilə imzalayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində bəyan edib. Məlumatı "gordonua.com" nəşri yayıb.
 
"Birləşmiş Ştatlarla tarixi nəticə əldə olunub, təhlükəsizlik haqqında ikitərəfli saziş bizim münasibətlərimizi əsl müttəfiqlik səviyyəsinə qaldırır. Bu, Amerika ilə müstəqilliyimizin 33 ili ərzində imzaladığımız ən güclü sazişdir. 
 
Sazişin hüquqi cəhətdən öhdəlik yaradan hissəsi var, HHM üzrə, təyyarələr üzrə tamamilə faydalı detalları var. Biz qeyd etmişik ki, Amerika Ukraynaya lazım olduğu qədər qırıcılar eskadriliyasının tədarükündə kömək edəcək", - Zelenski deyib.
 
Amerika ilə sazişdə qeyd edilib ki, Ukraynaya həm müharibə zamanı, həm də müharibədən sonra dəstək veriləcək, gerçəkdən bu, uzunmüddətli olacaq", - prezident vurğulayıb.
 
O, həmçinin xatırladıb ki, NATO üzvü olmayan, Sakit okean regionundan olan Yaponiya ilə ilk belə saziş imzalanıb.
 
"Biz ümumiyyətlə Yaponiya ilə münasibətlərimizə Avropanın heç də bütün ölkələrinin malik olmadığı məzmun vermişik. Ukrayna bunu çox yüksək qiymətləndirir.
 
Biz birlikdə həm təhlükəsizlik, həm siyasi, həm də iqtisadi sahələrdə işləyirik. Yaponiya bu il bizə 4, 5 milyard dollar yardım göstərəcək", - dövlət başçısı deyib.
 
Ukrayna hakimiyyəti həmçinin Ukrayna və Yaponiyanın "bərpa məsələlərində maksimal tərəfdaş olmağında" maraqlıdır, o, əlavə edib.
 
"Hazırda bütün G7 ölkələri ilə təhlükəsizlik üzrə 7 sövdələşmə, ümumilikdə isə artıq 17 saziş imzalanıb, daha 10 saziş imzalanmağa hazırlanır", - prezident vurğulayıb.
 
Kontekst
 
2023-cü ilin iyununda Zelenski bəyan edib ki, Kiyev anlayır ki, müharibə zamanı Ukrayna Alyansın üzvü ola bilməyəcək, lakin ona NATO-ya aparan yolda hüquqi cəhətdən təhlükəsizlik zəmanətləri lazımdır.
 
G7 ölkələri (ABŞ, Almaniya, Yaponiya, Fransa, Kanada, İtaliya və Böyük Britaniya), habelə Avropa İttifaqı NATO-nun Vilnüs sammitində Ukraynaya təhlükəsizlik zəmanətləri üzrə dəstək barəsində Bəyannamə qəbul edib.
 
Gələcəkdə Rusiyanın silahlı hücum edəcəyi təqdirdə G7 ölkələri Ukraynaya silah, hərbi texnika və iqtisadi yardım göstərməyi, həmçinim iqtisadi və digər xərcləri Rusiyanın üzərinə qoymağı vəd edib.
 
G7 ölkələrinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə Bəyannaməsinə 32 ölkə qoşulub, bu barədə Zelenski 2024-cü ilin yanvarında məlumat verib.
 
Ukrayna hər bir müttəfiqi ilə konkret ikitətərəfli sazişlər imzalamağı planlaşdırır, bu barədə Ukrayna Milli Təhlüləsizlik və Müdafiə Şurası məlumat verib.
 
Hazırda Ukrayna Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, İtaliya, Kanada, Niderland, Finlandiya, Latviya, İspaniya, Belçika, Portuqaliya, İsveç, İslandiya, Norveç, Yaponiya və ABŞ-la təhlükəsizlik zəmanətləri barədə sazişlər imzalayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
moderator.az

10Mənbələr