AZ

"Kuba yaxınlığında Rusiyanın NATO-nu illərlə narahat edən sualtı qayığı "görünüb" - "Business İnsider"

 
"Bu hərbi təlimlər Ukrayna müharibəsi fonunda Rusiya tərəfindən güc nümayişidir..."
 
Rusiya Kuba sahillərinə sualtı qayıq göndərib, qayıq planlaşdırılan təlimlər çərçivəsində iki hərbi gəminin müşayiəti ilə gəlib
 
Kuba yaxınlığında Rusiyanın NATO-nu ən çox narahat edən ən yeni sualtı qayığı "peyda olub". Bu qayıq orada planlaşdırılan hərbi təlimlər ərəfəsində yerləşib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Business İnsider" nəşri yazıb.
 
Bu "Qazan" atom sualtı qayığı qanadlı raketlərlə təchiz edilən nisbətən yenu sinifdəndir.
 
Bu submarinlər illərlə ABŞ və Qərbin Silahlı Qüvvələrini özünün gözəgörünməzliyi və zərbə imkanlarına görə narahat edib.
 
Rusiyanın üç gəmisi, habelə "Qazan" sualtı qayığı çərşənbə günü beş günlük rəsmi səfərlə Karib dənizində eyni zamanda iri hərbi və dəniz təlimlərindən öncə Kubaya gəlib.
 
Buraya Qərb hərbçilərinə meydan oxuyan "Sirkon" hipersəsli raketlərlə silahlanan "Admiral Qorşkov" gəmisi də daxildir.
 
"Qazan"ın gücü
 
ABŞ rəsmi şəxslərinin gəmiləri izlədiklərini və regionda təhlükənin qaçılmaz olduğunu gözləmədiklərini bəyan etməsinə rəğmən, "Qazan"ın gəlişi nəzərəçarpan hadisədir. 
 
ABŞ və NATO rəsmi şəxsləri artıq çoxdandır ki, submarinin və ona bənzər digər sualtı qayıqlarının imkanlarından narahatlığını ifadə edir. 
 
Rusiyanın "Qazan" kimi "Yasen" sinfindən olan submarinləri ciddi təhlükə törədir. Rusiyalılar bu sualtı qayıqlar üzərində "soyuq müharibə" dönəmində işləməyə başlayıb, bu sinifdən olan ilk "Severodvinsk" sualtı qayığı 2013-cü ilin sonunda istismara verilib.
 
"Severodvinsk"lə təxminən eyni zamanda sualtı qayıqlar üçün hərbi-dəniz sistemləri komandanlığının icraçı zabiti hərbi-dəniz simpoziumunda deyib ki, ABŞ "ciddi potensial düşmənlərlə üzləşəcək" və əlavə edib ki, "təkcə "Severodvinsk"ə nəzər salmaq yetərlidir".
 
"Severodvinsk" Rusiya donanmasının tərkibinə daxil edildikdən sonra sonrakı sualtı qayıqlar yenilənmiş konstruksiyalara malik olub.
 
"Qazan" bu sinifdən olan ikinci, lakin yeni modernləşdirilən sualtı qayıqlardan birincisi olub. O, xeyli kiçikdir və daha sakit nüvə reaktoruna malikdir.
 
Sualtı qayıqların yeni və daha təkmil funksiyaları onları sakit edir, onları izləmək çətindir, onlar yaxşı sılahlanıb və demək olar ki, xəbərdarlıq etmədən yerüstü və dəniz hədəflərinə hücum etmək qabiliyyətinə malikdir.
 
Bu hərbi gəmilər "Oniks" və "Kalibr" raketlərini, sonradan isə yeni "Sirkon" raketlərini daşıya bilir. "Yasen-M" sinfindən olan sualtı qayıqların meydana çıxması ilə imkanların dəyişməsi onlardan istifadə edilməsinin dəyişilməsinə gətirib şıxarıb.
 
Birləşmiş Silahlı Qüvvələri Kral İnstitutunun 2021-ci il təhlilinə görə, "Qazan"ın bir sıra gəmiəleyhinə və yerüstü raketlər buraxmaq qabiliyyəti" onu sübut edir ki, "uzaqmənzilli zərbə missiyaları, deyəsən, əsas vəzifə kimi dəniz rabitə xətlərinin (SLOC) bloklanmasını əvəzləyir".
 
Nədən "Qazan" Kuba yaxınlığında peyda olub?
 
Rusiya bütövlükdə ən azı doqquz "Yasen" sualtı qayıq inşa etməyi planlaşdırır, lakin gələcəkdə onların sayının çox olacağı əlamətləri var. 
 
Rusiya ordusunun Kubada yerləşdirilməsi bir çox məqsədlərə xidmət edir. Bu, Karib dənizində Rusiyanın 2019-cu ildən bu rayonda keçirdiyi hava və dəniz təlimləri ərəfəsində baş verir.
 
Bu təlimlər Rusiya-Kuba əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Və bu, Ukraynada müharibə fonunda güc nümayişidir.
 
ABŞ tərəfindən özünün uzaqvuran silahlarından Rusiya ərazisindəki hədəflərə zərbələr üçün icazə verildikdən sonra gərginlik xüsusilə yüksəlib.
 
ABŞ nümayəndələri bəyan edib ki, bu rayonda bu gəmilərin yerdəyişməsi bu hadisələrə birbaşa cavab və ya eskalasiya deyil, qeyd edib ki, Kuba Rusiya gəmilərini 2013-cü ildən 2020-ci ilədək hər il qəbul edib, Rusiyanın təlimləri isə adi haldır.
 
Lakin bu qrup gəmilər Rusiyada daha müasirdir və ya daha yeni silaha malikdir. Keçmişdə NATO rəsmi şəxsləri "Yasen" sinfindən olan sualtı qayıqları Alyansın üzləşdiyi ən böyük strateji  problemlərdən biri kimi" qeyd edib.
 
Rusiya donanması Kuba yaxınlığındadır
 
Xatırladaq ki, iyunun 12-də Rusiyanın hərbi-dəniz flotiliyası Kubaya gəlib, bu, Ukraynada müharibə başlanandan ilk belə səfərdir.
 
Məlumata görə, Rusiyanın atom sualtı qayığı və üç hərbi gəmisi 21 topdan Havana körfəzində yaylım atəşi ilə adanın kommunist hakimiyyətini təbrik edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50
moderator.az

10Mənbələr