RU

Növbəti iPhone seriyalarının adlarında "i" hərfi olmaya bilər!

     Ken Segall, Apple-ın qurucusu Steve Jobs-un məhsullarını tanıtmaq üçün dəfələrlə birlikdə işlədiyi reklam agentliyinin kreativ direktorudur. O, iPhone, iPad, iMac və digər cihazların adlarında “i” prefiksini icad edən şəxs kimi tanınır. Segall, verdiyi müsahibəsində Apple-ın bu şəkilçini ləğv etməsinin vaxtının gəldiyini söyləyib.     iPhone-ların adlarındakı “i” hərfi onların internetə qoşula bildiyi mənasını verir. Ancaq bu gün bütün cihazlar internetə qoşula bildiyinə görə, artıq bu prefiksin heç bir mənası qalmayıb. Segall, açıqlamasında "Ola bilsin ki , Apple-ın bu prefiksi atması fikrini dəli kimi görən marketinq mütəxəssisləri olacaq" sözlərini deyib.     Görünən odur ki, Apple "i" prefiksinin istifadəsini mərhələli şəkildə dayandırmağa hazırlaşır. Şirkət son illərdə Apple Watch, AirPods və Vision Pro kimi cihazların adlarında "i" hərfindən istifadə etməyə başlayıb. Segall, bu dəyişikliyin arxasında duran mümkün səbəbləri şərh edərkən məntiqi arqumentlər təqdim etsə də, Apple-ın iPhone adını dəyişməsi çox çətin bir qərar kimi görünür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
154
13
technote.az

10Источники