AZ

"iPhone"un adı dəyişdiriləcək?

"iPhone" və digər "Apple" məhsullarının yaradılması üzərində işləyən marketoloq Ken Seqall şirkətə öz smartfonlarının adını dəyişməyi təklif edib.

Olaylar bildirir ki, o, vaxtilə "Apple"ın qurucusu Stiv Cobs tərəfindən işə cəlb olunub. Reklam agentliyinin kreativ direktoru olan Kenin "iPhone", "iPad" və digərlərinin adlarında "i" prefiksinin müəllifi olduğu ehtimal edilir.

Mütəxəssis jurnalistlərlə söhbətində bildirib ki, "Apple"ın bu addan ("iPhone"dan) imtina etməsinin vaxtı çatıb.

Onun sözlərinə görə, vaxtilə cihazların adlarındakı "i" hərfi onların internetlə işlədiyini göstərirdi. Marketoloq qeyd edib ki, hazırda bu hərfin mənası yoxdur, çünki bütün müasir qadcetlər internetə qoşulub. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
13
olaylar.az

10Mənbələr