RU

Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir Ukraynaya veriləcək

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın aktivlərindən əldə edilən gəlirin 90 faizinin Ukraynanın silahla təmin edilməsinə xərclənməsinə dair planı təsdiqləyib.

Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

\"Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynaya yardım göstərmək üçün istifadə edilməsini təsdiq edib. 2024-cü ildə 3 milyard avroya qədər olan məbləğin 90 faizi Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldiləcək”, - o, \"X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
 
///Report
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
160
50
azxeber.com

10Источники