AZ

"Biz Ukraynanı yalnız buraxa bilmərik və buraxmayacağıq" - Bayden

"Amerikalı əsgərlər Ukraynada döyüşməyəcək, lakin ABŞ-ın hərbi dəstəyi möhkəm olaraq qalacaq..."
 
"Siz Ukraynanın "finlandiyalaşdırılmasını" istəyirsiniz, amma Avropanın "NATOlaşdırılmasını" görəcəksiniz..."
 
ABŞ prezidenti Co Bayden bəyan edib ki, onun ölkəsi Ukraynaya "qəddar tiran" adlandırdığı Putinə qarşı mübarizədə möhkəm dəstək vetərəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.org" nəşri məlumat yayıb.
 
Bayden ABŞ hərbçilərinin Ukraynaya dəstəyinin kritik rolunu vurğulayıb. Bu zaman o, qeyd edib ki, amerikalı hərbçilər Ukraynada döyüşməyəcək, lakin ABŞ-ın hərbi dəstəyi möhkəm olaraq qalacaq.
 
"Ukraynada döyüşən bir nəfər də amerikalı əsgər yoxdur. Mən bunu belə də saxlamaq ovqatındayam. Lakin biz Ukraynanın yanındayıq və mənim yaxşı tanıdığım qəddar tirana qarşı müqavimət göstərən ukraynalıların yanında dayanacağıq. Biz Ukraynanı yalnız buraxa bilmərik və buraxmayacağıq", - Bayden bəyan edib.
 
"Hazırda amerikalı əsgərlər cəsur ukraynalılara azadlıq uğrunda mübarizədə dəstək verir. Bizim əsgərlərimiz bütün sutkanı döyüş sursatları və texnikanın quru, dəniz və hava yolu ilə göndərilməsini təmin etmək üzərində işləyir", - ABŞ prezidenti əlavə edib.
 
O, dəqiqləşdirib ki, hərbi dəstək təkcə silah tədarükü ilə məhdudlaşmır, amerikalı hərbçilər ukraynalı həmkalarına HIMARS, "Patriot" raketləri və "Abrams" tankları kimi müasir silah sistemlərindən istifadə etmək üçün təlim keçir. Onlar həmçinin ukraynalı tibb işçiləri və cərrahları ilə yaralılara taktiki döyüş yardım təcrübəsi ilə bölüşür.
 
Bayden NATO-nun parçalanmasına əmin olan Putinə xəbərdarlıq etdiyini xatırladıb: "Mən ona İsveçrədə dedim ki, siz Ukraynanın "finlandiyalaşdırılmasını" istəyirsiniz, amma Avropanın "NATOlaşdırılmasını" görəcəksiniz", - Bayden xatırlayıb.
 
ABŞ-ın Ukraynaya yardımı
 
Mayın 24-də bəlli olub ki, ABŞ Dövlət katibi Entoni Blinkenin Kiyevə səfəri zamanı Ukraynaya elan etdiyi hərbi yardım paketi qismən Avropanın, o cümlədən Ukraynanın özünün silah sənayesinin stimullaşdırılmasına yönələcək.
 
O zaman Blinken həmçinin deyib ki, əvvəllər Amerikanın Ukraynaya ayırdığı hərbi yardım artıq "cəbhə xəttinə çatıb", yeni yardım isə qısa müddətdə göndəriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
moderator.az

10Mənbələr