Cənubi Amerika ölkəsi Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 158-ə yüksəldiyi, 88 nəfərin isə itkin düşdüyü açıqlanıb.
Editor.az xəbər verir ki, ölkənin cənubundakı Rio Qrande-du-Sul əyalətində 2 həftədən çox davam edən yağışların səbəb olduğu daşqınlar səbəbindən can və mal itkiləri artır. Açıqlamada seldən zərər çəkənlərin sayının 2 milyon 300 mini keçdiyi, 82 min 666 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.
Milli Mülki Aviasiya Agentliyindən (Anac) verilən son açıqlamaya görə, yağışların həftə sonuna qədər davam edəcəyi gözlənilir.
//Gülnarə Abasova, Editor.az