AZ

Braziliyadakı sel fəlakətində ölənlərin sayı durmadan artır

Braziliyanın cənubunda leysan yağışların yaratdığı fəlakətdə ölənlərin sayı artıb. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Braziliyada leysan yağışların səbəb olduğu hadisədə ölənlərin sayının 158-ə yüksəldiyi, 88 nəfərin itkin düşdüyü bildirilib. 

Seldən zərər çəkənlərin sayı 2 milyon 300 mini keçərkən, fəlakət bölgələrində 82 min 666 nəfərin xilas edildiyi bildirilib. 

Axtarış-xilasetmə işlərinin təxminən 30 min nəfərlə davam etdiyi paylaşılıb. 

Milli Mülki Aviasiya Agentliyindən (Anac) verilən son məlumata görə, yağışların həftə sonuna qədər davam edəcəyi gözlənilir.

Mikayıl
Seçilən
148
5
azxeber.com

4Mənbələr