RU

Naxçıvanda iki maşın toqquşdu - Yaralanan var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost .az xəbər verir ki, hadisə Tumbul kəndi ərazisində baş verib.

75-BK-252 dövlət nömrə nişanlı avtomobillə 85-AE-036 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Hadisə nəticəsində Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İsmayılov İbrahim Məhəmməd oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xətsəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Избранный
198
6
bakupost.az

10Источники