Yaralı Naxçıvan Mərkəzi Xətsəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Tumbul kəndi ərazisində qeydə alınıb. 75-BK-252 dövlət nömrə nişanlı avtomobillə 85-AE-036 dövlət nömrə nişanlı yük maşını toqquşub.
Hadisə nəticəsində Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İsmayılov İbrahim Məhəmməd oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xətsəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta