Naxçıvanın Tumbul kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

“Report” xəbər verir ki, hadisə zamanı yük və minik avtomobilləri toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İbrahim Məhəmməd oğlu İsmayılov xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.