Naxçıvanın Tumbul kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı yük və minik avtomobilləri toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İsmayılov İbrahim Məhəmməd oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
(report)
FOTO QALEREYA