RU

FHN Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirdi

Fövqəladə Hallar Nazirliyi tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda tədbir keçirilib.

FHN Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və kursantlarının iştirak etdiyi tədbirə Milli Məclisin deputatı Arzu Nağıyev qonaq qismində qatılıb.

Tədbir Ümummilli Liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Akademiyanın rəisi general-mayor Baba Salayev tədbiri açıq elan edərək Ulu Öndərin mənalı həyat yolu və zəngin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. B.Salayev qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməlini qoyub və bununla da Ulu Öndərin adı milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb. Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinin böyük bir hissəsi, nəhəng tarixi şəxsiyyətdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini öyrənmək üçün Akademiyada Heydər Əliyev Mərkəzi yaradılıb. Bu Mərkəz Ulu Öndərin bənzərsiz həyat yolunun səhifələrini vərəqləməyə imkan verir.

B.Salayev qeyd edib ki, mütərəqqi Heydər Əliyev siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan dünya dövlətləri arasında özünəməxsus yer tutmaqla qüdrətli bir dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun cəmi 44 günə əbədi və əzəli torpaqlarımızı işğalçılardan azad etməsi bunun bariz nümunəsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
50
publika.az

10Источники