AZ

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

Sankt-Peterburq, 10 may, AZƏRTAC

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı konsulluğunun əməkdaşları, Azərbaycan diasporunun və Rusiyanın şimal paytaxtının ictimaiyyətinin nümayəndələri görkəmli siyasət və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin şərəfinə xatirə lövhəsinin qoyulduğu Qoroxovaya küçəsindəki 6 nömrəli binanın qarşısına toplaşıblar.

Bu binada Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ DTN-in Ali məktəbi yerləşirdi.

Mərasim iştirakçıları Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar.

Tədbirdə çıxış edən Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətindən danışıb, Heydər Əliyevin böyük tarixi şəxsiyyət, ölkə tarixində silinməz iz qoymuş görkəmli siyasətçi olduğunu qeyd edib. Diplomat vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Sankt-Peterburq 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
339
50
azertag.az

10Mənbələr