RU

Liqa 1: PSJ 4, “Monako” tək qolla qalib gəldi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 29-cu turundan təxirə salınmış oyunlar keçirilib.

Arena.az xəbər verir ki, bu gün üç belə qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Olimpik” (Marsel) – “Nitsa” matçında qalib müəyyənləşməyib.

“Monako” doğma meydanda “Lill” üzərində minimal hesablı qələbəyə sevinib.

Səfərdə “Loryan”la qarşılaşan lider PSJ isə darmadağına sevinib.

Beləliklə, hazırda 69 xala malik PSJ vahid liderdir. “Monako” 58 xalla 2-ci, “Brest” 53 xalla 3-cü pillədə qərarlaşıb. “Lill” 52, “Nitsa” 48, “Lans” 46, “Renn” 42, Marsel və Lion “Olimpik”ləri 41 xal toplayıblar.

Fransa, Liqa 1
29-cu turun oyunları
24 aprel

Loryan – PSJ 1:4
Qollar: M.Bamba, 73 – Dembele, 19; 60. Mbappe, 22; 90.

Olimpik (Marsel) – Nitsa 2:2
Qollar: Klauss, 31. Obameyanq, 56-pen – Moffi, 13. Bard, 72.

Monako – Lill 1:0
Qol: Y.Fofana, 61.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
19
Источники
Комментарий ()
Закрывать

Рейтинг