AZ

Liqa 1: PSJ “Tuluza”ya evdə uduzdu, “Monako” sevindi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Renn” – “Lans” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Lion “Olimpik”i səfərdə “Klermon”u tək qolla üstələyib. Marsel “Olimpik”i isə “Loryan”la ev oyununda inamlı qələbəyə sevinib.

“Strasburq” da “Mets”i məğlub yola salıb.

“Monako” səfərdə “Monpelye”ni, “Lill” “Nant”ı məğlub edib. Çempionluğu yenicə bayram etmiş PSJ isə bu turda “Tuluza”ya doğma meydanda uduzub.

Beləliklə, 33 turdan sonra 70 xala malik PSJ zirvədəki mövqeyini qoruyub. Paris təmsilçisinin təxirə salınmış bir oyunu da var. “Monako” 64 xalla 2-ci pillədə qərarlaşıbsa, “Lill” və “Brest” 58 xalla 3-cü yeri bölüşürlər. “Nitsa” 54, “Lans” və Lion “Olimpik”i 50, Marsel “Olimpik”i 47 xal toplayıb.

Fransa, Liqa 1
33-cü tur
10 may

Brest – Reyms 1:1
Qollar: Brassye, 45+1 – Munetsi, 25.

Nitsa – Havr 1:0
Qol: Boqa, 12.

12 may

Klermon – Olimpik (Lion) 0:1
Qol: Manqala, 53.

Olimpik (Marsel) – Loryan 3:1
Qollar: Obameyanq, 36; 54-pen. Jiqo, 41 – Mendi, 43.

Monpelye – Monako 0:2
Qollar: Uattara, 52. Fofana, 65.

Nant – Lill 1:2
Qollar: Ablin, 54 – David, 8; 11.

PSJ – Tuluza 1:3
Qollar: Mbappe, 8 – Dallinqa, 13. Qboho, 68. Maqri, 90+4.

Renn – Lans 1:1
Qollar: Salah, 82 – Fulgini, 48.

Strasburq – Mets 2:1
Qollar: Emeqa, 89. A.Santos, 90+1 – Mikautadze, 54.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
302
19
arena.az

10Mənbələr