AZ

PSJ doğma meydanda uduzdu

Fransa Liqa 1-də 33-cü tura yekun vurulub.



Komanda.az xəbər verir ki, əksər oyunlar bu gün keçirilib.



Lion “Olimpik”i səfərdə “Klermon” qalib gəlib. Marsel “Olimpik”i isə “Loryan”la ev oyununda inamlı qələbəyə sevinib.



“Monako” səfərdə “Monpelye”ni, “Lill” “Nant”ı məğlub edib. Çempion PSJ isə evdə “Tuluza”ya uduzub.



Hazırda 70 xala malik PSJ zirvədəki mövqeyini qoruyub. “Monako” 64 xalla 2-ci pillədə qərarlaşıbsa, “Lill” və “Brest” 58 xalla 3-cü yeri bölüşürlər. “Nitsa” 54, “Lans” və Lion “Olimpik”i 50, Marsel “Olimpik”i 47 xal toplayıb.



Fransa Liqa 133-cü tur10 may



Brest – Reyms 1:1Qollar: Brassye, 45+1 – Munetsi, 25.



Nitsa – Havr 1:0Qol: Boqa, 12.



12 may



Klermon – Olimpik (Lion) 0:1Qol: Manqala, 53.



Olimpik (Marsel) – Loryan 3:1Qollar: Obameyanq, 36; 54-pen. Jiqo, 41 – Mendi, 43.



Monpelye – Monako 0:2Qollar: Uattara, 52. Fofana, 65.



Nant – Lill 1:2Qollar: Ablin, 54 – David, 8; 11.



PSJ – Tuluza 1:3Qollar: Mbappe, 8 – Dallinqa, 13. Qboho, 68. Maqri, 90+4.



Renn – Lans 1:1Qollar: Salah, 82 – Fulgini, 48.



Strasburq – Mets 2:1Qollar: Emeqa, 89. A.Santos, 90+1 – Mikautadze, 54.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərfransa liqa 1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
248
19
komanda.az

10Mənbələr