RU

Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki

İtkin düşən və bu günlərdə Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini Könül Ağayevanın ailəsinə daha bir itki üz verib.

Bakupost.az xəbər verir ki, Könül Ağayevanın nənəsi Gülxara Ağayeva uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, Könül Ağayeva bu il martın 2-də itkin düşmüşdü. Mayın 14-də Könülün meyiti Lənkəranda Hacı Zeynalabdin Tağıyev küçəsi, 1 ünvanındakı evin zirzəmisində aşkar edilib. Onun qətlində şübhəli bilinən Lənkəran rayon sakini Elvin İsmayılzadə artıq polis tərəfindən saxlanılıb.

Vasif
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13833
22
bakupost.az

10Источники