RU

Məhkəmə Tofuq Yaqublunun şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılmasından verilmiş apellyasiya şikayətini təmin etməyib. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib. 
 
Bundan əvvəl Nərimanov Rayon Məhkəməsi Tofiq Yaqublunun həbs müddəti 2 ay uzadılması ilə bağlı qərar verib. 
Aprelin 2-də Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublu barədə ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və təmin edilməyib.
 
Tofiq Yaqublu dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittihamın irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Bundan əvvəl Müsavat üzvü 2022-ci ilin dekabrında  İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
 
Gülnar 
 

 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
83
21
anews.az

10Источники