AZ

Tofiq Yaqublunun həbs müddəti uzadılıb

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbs müddəti daha 2 ay uzadılıb.

Bu barədə qızı Nigar Həzi məlumat verib. 

O bildirib ki, qərarı Nərimanov Rayon Məhkəməsi qəbul edib.

Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib.

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.
Seçilən
99
21
Mənbələr
Şərh ()
Bağla