AZ

Tofiq Yaqublunun həbs müddəti 2 ay uzadılıb

Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Bu barədə onun qızı Nigar Həzi Facebook sosial şəbəkə hesabında paylaşımında bildirib

Aprelin 2-də Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində Tofiq Yaqublu barədə ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və təmin edilməyib. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.
 
Tofiq Yaqublu dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittihamın irəli sürülüb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
Bundan əvvəl Müsavat üzvü 2022-ci ilin dekabrında  İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.
 
Aygün


www.anews.az
Seçilən
101
21
Mənbələr
Şərh ()
Bağla