AZ

Apelyasiya Məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib

Aprelin 15-də Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun həbs müddətinin daha iki ay uzadılması ilə bağlı şikayətə baxılıb.

Vəkil Aqil Layıc bildirib ki, müdafiə tərəfi bu qərarın ləğvini xahiş edib.

Vəkilin sözlərinə görə, həbs qətimkan tədbirinin nəyinki uzadılmasının, ümumiyyətlə Yaqublunun həbsdə qalmasının əsası yoxdur. 

"Tofiq Yaqublu həmişə saxtalarlığa, dələduzluğa qarşı mübarizə aparıb. Ona görə də ona bu gün bu ittihamların irəli sürülməsi absurddur. Buna baxmayaraq, məhkəmə şikayətimizi təmin etmədi", - vəkil deyib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaq ittihamı ilə həbs edilib.

Əvvəllər siyasətçi dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. 

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.
Seçilən
101
21
Mənbələr
Şərh ()
Bağla