RU

Arda Turan çempionluğu komandası ilə belə qeyd etdi - VİDEO

Türkiyə Superliqasına vəsiqə qazanan “Eyüpspor”un baş məşqçisi Arda Turan futbolçuları ilə çempionluğu qeyd edib.

Bizim.Media xəbər verir ki, o, komanda ilə birlikdə rəqs edərək qızıl medallara sevinib.

Çalışdırıcı komandanı liqaya çıxardıqdan sonra sevincini bölüşüb:

“Prezidentim mənə hər zaman çox güvənib. Kuboka ən çox layiq olan odur. Hər şeyə görə təşəkkür edirəm”.

Qeyd edək ki,1-ci Liqanın 29-cu turunda “Eyüpspor” öz meydanında “Altay”ı 4:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə xalını 67-yə yüksəldən bənövşəyi-sarı komanda liqanın bitməsinə 5 həftə qalmış çempionluğunu elan edib. 
 





Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
159
42
Источники
Комментарий ()
Закрывать