AZ

Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına vəsiqəni təmin edib

Azərbaycanlı basketbolçu Orxan Aydının formasını geyindiyi “Yalovaspor” Türkiyə Superliqasına vəsiqəni təmin edib.

“Report” xəbər verir ki, komanda I Liqanın XXXIII turunda “Finalspor” üzərində qələbə qazanaraq buna nail olub.

Rəqibini 74:65 hesabı ilə məğlub edən Yalova təmsilçisi mövsümdə 28-ci qalibiyyətini qazanıb və sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Seçilən
147
14
Mənbələr
Şərh ()
Bağla