AZ

Arda Turanın çalışdırdığı “Eyüpspor” Super Liqada!

Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor” komandası tarixində ilk dəfə Türkiyə Super Liqasına vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, adıçəkilən komandanın TFF Birinci Liqada sona 5 tur qalmış mövsümü ilk iki pillədə başa vuracağı rəsmiləşib.

İstanbul təmsilçisi Birinci Liqanın 29-cu turu çərçivəsində öz meydanında “Altay” üzərində 4:1 hesablı qələbə qazanıb. 67 xalla turnir cədvəlinə başçılıq edən komandanı 56 xalla “Göztəpə” və 50 xalla “Sakaryaspor” izləyirlər. Arda Turanın çalışdırdığı kollektiv elitaya böyük ehtimalla Birinci Liqanın çempionu kimi qatılacaq.

Xatırladaq ki, “Eyüpspor” 1919-cu ildə yaradılmış bir klubdur. Lakin sözügedən kollektiv indiyə qədər heç vaxt Super Liqada iştirak hüququ qazanmamışdı. Bu komanda 37 il sonra 2020/2021 mövsümündə Birinci Liqaya yüksəlmişdi.

Arda Turan 2023-cü ilin aprel ayından “Eyüpspor”a rəhbərlik edirdi. Sözügedən komandada Azərbaycanın U-19 və U-21 yığmalarında, hətta əsas yığmamızda da oynamağa imkan tapmış yarımmüdafiəçi İlter Taşkın da forma geyinir.

Seçilən
146
14
Mənbələr
Şərh ()
Bağla